Canlı yayımda Ərdoğanın halı pisləşdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib.

Modern.az xəbər verir ki, “Kanal 7” və “Ülke TV” kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib.

20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.

“Dünən və bu gün gərgin təbliğat işləri var idi, mədəmə ciddi soyuq olub. Hətta bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi, deyə düşündüm. Dedim, artıq söz vermişik, gedərik. Təbii ki, bu gərgin işdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizdən və tamaşaçılarımızdan halallıq istəyirəm”, – Ərdoğan deyib.

Canlı yayımdan sonra müxalifət liderləri Ərdoğana “keçmiş olsun” mesajları ünvanlayıb. Hakim partiyanın sözçüsü Ömər Çelik özünün sosial media hesabında Ərdoğanın səhhətinin yaxşı olduğu bildirib.