Müsavatla hakimiyyət arasında Qarabağ müzakirələri

Bu gün Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşündə cəbhə bölgəsində son durum və Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsi zərurəti müzakirə olunub. Bu haqda Arif Hacılı məlumat yayıb.

.

“Müsavat Partiyasına ünvanlanan təkrar təkliflər əsasında Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşdük. Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu. Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

.

Basta

.