Məhərrəm İncə namizədliyini geri götürdü
Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə namizədliyini geri götürüb. O, bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında bəyan edib. İncə paralel olaraq keçirilən parlament seçkilərində sədri olduğu Məmləkət Partiyasına səs istəyib.
Bundan öncə keçirilən müxtəlif sorğulara görə, İncənin təxminən 2-3 faiz səs toplayacağı gözlənilirdi.
Araşdırmaya görə, İncənin elektoratının təxminən 65 faizi ikinci turda “Millət”in namizədi Kamal Kılıcdaroğluna səs verəcəyini bildirib. Başqa sözlə, İncənin bu qərarından sonra Kılıcdaroğlunun səsləri ölkə genəlində təxminən daha 1,5-2 faiz artacaq.
Bu arada Türkiyənin məşhur araşdırma şirkətlərndə biri olan KONDA bu bazar günü keçiriləcək seçkilərlə bağlı son araşdırmasının nəticələrini açıqlayıb.
6-7 may 2023-cü il tarixində aparılan rəy sorğusunda 35 vilayətdən olan 3480 nəfər iştirak edib.
Sorğunun nəticələrinə görə, müxalifətçi Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu 49,3 faiz, prezident Rəcəb Tayib Ərdoğan 43,7 faiz səs toplayıb. Rəyi soruşulanların 4,8 faizi Sinan Oğana, 2,2 faizi isə Məhərrəm İncənin adını çəkib. Bu nəticə hələ qərarsız olan 7,8 faiz və heç kəsə səs verməyəcəyini deyən 2,2 faiz respondentin göstəriciləri proporsional olaraq bölüşdürüldükdən sonra ərsəyə gəlib.
Məhərrəm İncə bu gün namizədliyini geri götürdüyü üçün Kamal Kılıçdaroğlunun səslərinin bir az da artacağını nəzərə alsaq, Türkiyədə prezident seçkilərinin ilk turda bitməsi ehtimalının daha da artdığını göstəririr.
Basta