Müsavat Məclisinin sessiyası keçirildi
Martın 30-da Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.
Məclisin sədri Nüşabə Sadıxlı gündəliyi səsə qoyduqdan sonra, partiya başqanı Arif Hacılı ölkədəki ictimai-siyasi vəziyyət barədə məruzə ilə çıxış edib.
Daha sonra qurultaya hazırlıq üzrə təşkilat komitəsinin məlumatı dinlənilib. Rayon təşkilatının böyük əksəriyyətinin artıq öz yığıncaqlarını keçirdiyi və qurultaya nümayəndələr seçdiyi bildirilib.
Bu il ölkədə parlament və bələdiyyə seçkilərinin keçiriləcəyi bildirilib, rayon təşkilatı rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda cari məsələlər müzakirə edilib.