Türkiyədə seçici siyahılarında 6,7 milyonluq müəmmalı artım

İnformasiya Texnologiyaları  mütəxəssisi Füsun Sarp Nebil Türkiyədə seçici siyahılarının şübhə doğurduğunu açıqlayıb.

Cumhuriyet qəzetinin verdiyi məlumata görə, Füsun Sarp Nebil 2007-2023-cü illər arasında ölkədə əhalinin 15 milyon, seçici sayının isə 21,4 milyon artdığını diqqətə çatdırıb.

2007-ci ildən bu yana müvafiq statistik rəqəmlərin dinamikasını təhlil edən  Nebil “6,7 milyon artıq seçici var, Yüksək Seçim Kurulu bu müəmmanın izahını verməlidir” deyib.

Qeyd edək ki, Türkiyədə seçicilərin ümumi sayı 65 milyon civarındadır.

Basta