Bir gecədə Rusiyanın 37 qanadlı raketi və 29 PUA-sı məhv edildi
Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 37 qanadlı raketini və 29 Şahed-136/131 pilotsuz aparatını məhv edib. Bu barədə Unian Ukrayna Silahlı Qüvvələri komandanlığına istinadən məlumat yayıb.
Bildirilir ki, 29 may 2023-cü il saat 00:00-dan 05:00-a qədər rus işğalçıları Ukraynanın hərbi obyektlərinə və mühüm infrastruktur obyektlərinə qanadlı raketlər və PUA-larla hücum ediblər. Xəzər dənizi ərazisindən Tu-95MS strateji təyyarəsindən 40-a qədər Kh-101/Kh-555 qanadlı raketlər buraxılıb. 40 raketdən 37-si, 35 Puadan isə 29-u hədəfə çatmadan havada məhv edilib.
Basta