Rusiyada 29 nəfərin ölümünə görə azərbaycanlı həbs olundu
Rusiyada “Mister sidr” alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb.
Modern.az xəbər verir ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub. Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb.
Hazırda daha 61 nəfər eyni içkidən zəhərlənmə diaqnozu ilə müalicə olunur. Zəhərlənmə halları Nijni Novqorod, Samara, Ulyanovsk, Udmurtiya və Penza vilayətlərində qeydə alınıb.