Qubadlıda sərhədçi özünü güllələyib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Rahil Əhməd oğlu Əhmədov odlu silahdan atəş açaraq intihar edib. Bu barədə Turan-a Azərbaycan Hərbi Prokurorluğundan bildiriblər.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, istintaq gedir.