Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi – Video

Ukrayna Silahlı Qüvvələri Blaqodatnoye yaşayış məntəqəsini azad etdiyini açıqlayıb

“Ukrainska pravda” xəbər verir ki, 68-ci briqadanın döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələri ilə birgə uğurlu əməliyyat həyata keçiriblər.

“İşğalçılar sona qədər müqavimət göstərdilər, lakin qarşısıalınmaz canavarların hücumuna tab gətirə bilmədilər. Blaqodatnoye qəsəbəsi azad edildi. Rusiya hərbçilərinin əsir götürüldüyü qeyd edilir. Onlardan alınan məlumatlar digər ərazilərin də işğaldan azad edilməsinə kömək edəcək” – deyə, məlumatda bildirilir.

Basta