Gədəbəydə qarşıdurma davam edir -Video

Gədəbəyib Söyüdlü kəndində polislə etirazçılar arasında qarşıdurma davam edir. İyunun 20-də kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Etirazçılardan 5-i saxlanılıb. İyunun 21-də yerli sakinlərin bir qismi tutulanların azadlığa buraxılması tələbilə yürüş keçiriblər.