Anklavlar Azərbaycana təhvil veriləcək – Oskanyan

Ermənistan anklavları Azərbaycana təhvil verəcək.

Modern.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, anklavlarda 85-100 min azərbaycanlı məskunlaşacaq. Oskanyan bunun Ermənistan üçün ciddi problemlər yaradacağını iddia edib.

Sabiq nazir onu da vurğulayıb ki, Ermənistan hakimiyyətinin hərəkətləri yeni müharibəyə gətirib çıxara bilər.