İranda edam statistikası açıqlandı
2023-cü ilin ilk 7 ayı ərzində İranda 423 nəfər edam edilib.
Təşkilat qeyd edib ki, son 10 il müddətində İranda edam edilən məhkumların ümumi sayı 5000 nəfərə çatıb.
Edam edilənlərin əksəriyyəti narkotik maddələrin alverində günahlandırılan insanlardırlar.
Bu ittihamlarla bağlı edam cəzalarının artmasına baxmayaraq, ölkədə narkotik maddələrin alveri və ondan istifadə edənlərin sayı artmaqda davam edir.
Gunaz.tv