Ukrayna ordusu iki istiqamətdə uğur qazanıb

Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətinin Urojaynoye kəndində uğur qazandığını açıqlayıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna hərbçiləri Staromayorskinin cənubunda və cənub-şərqində də (Urozaynının yanında yerləşir) irəliləyə biliblər.

“The New York Times” qəzeti yazır ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubunda iki əsas cəbhədə “taktiki cəhətdən əhəmiyyətli” irəliləyiş əldə edib. Məlumata görə, Ukrayna qoşunları Berdyansk və Melitopol istiqamətində 16-20 kilometr əraziyə nəzarəti ələ keçirib.