Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olundu
Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub. Bu barədə Turana vəkilin özü məlumat verib.
O, qeyd edib ki, bu barədə qərar sentyabrın 1-də Vəkillər Kollegiyanın Reyəsət Heyətinin iclasında qəbul olunub: “Mən Vəkillər Kollegiyasından çıxarılma barədə qərarından şikayət vermişdim. Şikayətdə bildirmişdim ki, iclasda iştirak eyməmişdim deyə, barəmdə qərar verilməsi doğru deyildi. Bu gün şikayətimə baxıldı və o təmin olundu. Əvvəlki qərar ləğv olundu və barəmdə olan rəy yenidən İntizam Komissiyası tərəfindən baxılacaq. Beləliklə vəkil fəaliyyətim bərpa olunub”.
Vəkil Elçin Sadıqovun vəkillik fəaliyyəti iyulun 6-da dayandırılıb. Onun özü öz vəkillik fəaliyyətinin dayandırılmasını əsassız və siyasi qərar adlandırıb.