“Tərtər işi” ilə bağlı daha 18 nəfər cinayət məsuliyyətinə cəlb edildi

“Tərtər işi” üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib.

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun “instaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Baş Prokuror Kamran Əliyev tərəfindən bu işin istintaqı Baş Prokurorluq İstintaq şöbəsinə həvalə edilib.

“Araşdırmalar zamanı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nəfər barəsində araşdırma aparılıb və bir çoxu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib”.