Rusiyanın yük avtomobili Ağdam yolu ilə Xankəndiyə çatıb
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş TIR artıq Ağdam rayonundan keçərək Xankəndiyə çatıb.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən aparılan ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük avtomobili bir-neçə gün idi ki, keçiddə gecikdirilirdi.
Ermənistan mediası yazır ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Laçın və Ağdam yollarının paralel olaraq açılmasına dair razılıq əldə olunub.