Paşinyan Xankəndidəki rejimin Bakı ilə dialoqa girdiyini deyib: “Təqdir edirik”
“Dağlıq Qarabağda humanitar problemlərin aradan qaldırılması üçün diplomatik səylər davam edir. Bu danışıqlarda Dağlıq Qarabağın nümayəndələri tam iştirak edirlər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də hökumətin iclasında bildirib.
“Biz ümid etməliyik ki, Bakı ilə Stepanakert (Xankəndi) arasında etibarlı dialoq mexanizmi yaradılacaq. Stepanakertdəki (Xankəndi) tərəfdaşlarımızın bu dialoqa qoşulmasını təqdir edirik”.
Paşinyan həmçinin Azərbaycan ordusunun sərhəd bölgəsində hərəkətləndiyini iddia edib və buna görə vəziyyətin gərgin olaraq qaldığını bildirib.
Basta