Qarabağdan Ermənistana axın: 3 minə yaxın erməni köçdü

Sentyabrın 25-i saat 06:00-a olan məlumata görə, Dağlıq Qarabağdan Ermənistana 2906 qaçqın gəlib.
Onlardan 2100 nəfərin siyahıyaalınma məlumatları tərtib edilib, 794 nəfər üçün isə ehtiyacların qiymətləndirilməsi prosesi gedir.

Bu haqda Ermənistan hökuməti məlumat yayıb.

Qeydiyyatda olan 2100 nəfərdən 1000-ə yaxın insan seçdiyi yaşayış yerinə gedib, qalan 1100 nəfəri isə hökumət yaşayış yeri ilə təmin edib.
Qaçqınların axını gecə boyu davam edib.

Basta