Bayden güney azərbaycanlı Nobel mükafatı laureatı Nərgiz Məhəmmədini azad etməyə çağırdı
ABŞ prezidenti Co Bayden Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgis Məhəmmədi azad etməyə çağırıb.
“Mən İran hökumətini onu və digər gender bərabərliyi fəallarını həbsdən dərhal azad etməyə çağırıram”, – ABŞ prezidentinin bəyanatında deyilir.
Qeyd edək ki, Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına layiq görüldükdən sonra həbsxanadan bəyanat yayıb.
Onun bəyanatı “Nyu York Tayms” qəzetində dərc edilib.
“Demokratiyanı, azadlığı və bərabərliyi həyata keçirmək üçün fəaliyyətlərimi heç vaxt dayandırmayacağam. Şübhəsiz ki, Nobel Sülh mükafatı məni bu yolda daha müqavimətli, qətiyyətli, ümidli və həvəsli edir, mübarizəmdə daha da sürətli addımlarla irəliləməyimə səbəb olur. Bu mükafatın dəyişikliklər üçün mübarizə aparanların daha güclü və sistemli fəaliyyətinə səbəb olacağına ümid edirəm. Qələbə yaxındır”, – Məhəmmədi bildirib.
Qeyd edək ki, Tehranın Evin həbsxanasında saxlanılan, Güney Azərbaycanın Zəncan şəhərindən olan siyasi məhbus Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Basta