Ruslan İzzətli xəstəxanaya yerləşdirildi

Hərbi xidmətdə olan D18 Hərəkatının sədri Ruslan İzzətlinin səhhətində ciddi problem yarandığı üçün o, sentyabrın 2-də Bakıda hospitala yerləşdirilib. Karantin rejimi bəhanəsi ilə ailə üzvləri İzzətlinin yanına buraxılmır, bu barədə Hərəkatdan məlumat veriblər.

Təşkilatdan xatırladıblar ki, İzzətli sağlamlıq vəziyyəti ilə əlaqədar xidmətə yararsız hesab olunsa da, bu ilin mayında hərbi xidmətə çağırılıb.

Hərəkatda bunu İzzətlinin 9 fevral parlament seçkilərində fəal iştirakı və seçkilərdən sonra etiraz aksiyaları təşkil etməsi ilə əlaqələndiriblər.

TURAN