AXCP üzvünün heykəli yazdığına görə həbs olunduğu bildirilir

Heykəli yazan AXCP üzvü narkotik ittihamı ilə həbs edilib. 

Bu haqda “Azadlıq” qəzetinin feysbuk səhifəsində məlumat yayılıb. 

Bildirilir ki, AXCP Abşeron şöbəsinin üzvü Elbəyi Kərimlidən 2 aya yaxındır ki, xəbər yox imiş. Partiya yoldaşları əlaqə nömrələrinə zəng etsələr də, heç bir məlumat ala bilmirmişlər.
İndi məlum olur ki, Elbəyi Kərimli 2 aya yaxındır Kürdəxanı təcridxanasındadır.
O, xəbər göndərib ki, Heydər Əliyevin heykəlini yazdığına görə saxlanılıb və narkotika ittihamıyla haqqında cinayət işi açılıb.