Müsavat Məclisinin sessiyası keçirildi

Oktyabrın 28-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Məclisin sədri Nüşabə Sadıxlı gündəlik layihəsini səsə qoyduqdan sonra, başqan Arif Hacılı   ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Məruzə ətrafında Məclis üzvləri Gülağa Aslanlı, Başxanım Abbaslı, Osman Kazımov, Natiq Ulubəy, Qədim Soltan, Mustafa Hacıbəyli, Zabit Bədəlov Elşən Əlisoy çıxış ediblər.

Məclis ölkədə referendumun keçiriləcəyi təqdirdə müvafiq operativ qərarların qəbulu ilə bağlı partiyanın Divanına səlahiyyət verib. Həmçinin partyanın növbəti qurultayının təşkili ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Sonda cari məsələlər müzakirə edilib.

 

Zaki İsmayıl

Basta