Azərbaycanda güclü zəlzələ oldu
Dekabrın 7-də Azərbaycanda güclü zəlzələ olub.
Mənzillərdə çilçıraqların və əşyaların tərpənməsi müşahidə edilib. Təkanlar təqribən 20 saniyə ərzində davam edib.
Bəzi məktəblərdə dərslər dayandırılıb, şagirdlər məktəbin həyətinə çıxarılıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumatında bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.