Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi

İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Bu barədə President.az məlumat yayıb.

Sərəncamda deyilir:

“1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.