Qəzzanın cənubunda şiddətli döyüşlər davam edir

Dekabrın 10-da Qəzzanın cənubundakı Xan Yunis qəsəbəsində İsrail qüvvələri ilə HƏMAS miltantları arasında şiddətli döyüşlər davam edib.

Fələstinlilərə şimaldakı döyüşlərdən qaçmaq üçün Qəzzanın cənubuna təxliyə edilmələri bildirilmişdi. İndi isə döyüşlər cənuba doğru gedib.

Dünya Ərzaq Proqramının direktor müavini Karl Skaunun sözlərinə görə, Qəzzada hər 10 nəfərdən yalnız 9-u hər gün yemək yeyə bilir.

İsrail ordusu hücumu davam etdirməli olduğunu və Qəzza zolağının cənubundakı əməliyyatlarını genişləndirdiyini bildirir.

“Mülki vətəndaş üçün istənilən ölüm və əzab ağrılıdır, lakin bizim alternativimiz yoxdur”, podpolkovnik Riçard Hekt dekabrın 9-da BBC-yə bildirib.

Milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi deyib ki, İsrail qüvvələri indiyədək ən azı 7 min HƏMAS militantını öldürüb, lakin o, bu hesablamaya necə nail olunduğunu açıqlamayıb.

Qəzzanın HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirib ki, İsrailin Qəzzanı vurması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 18 minə yaxın insan həlak olub. Oktyabrın 7-də silahlı qruplaşmanın İsrailə qarşı 1200 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra İsrail HƏMAS-a müharibə elan edib.

Dekabrın 10-da Ümumdünya Səhiyyə Təşkilatının İdarə Heyəti Qəzzada sağlamlıq vəziyyətini müzakirə etmək üçün toplanır.

ABŞ HƏMAS-a qarşı mübarizəsi üçün İsraili sursatla təmin edir. Bayden administrasiyası dekabrın 9-da bildirib ki, ABŞ Dövlət Departamenti İsrailə 106,5 milyon dollar dəyərində 14,000 tank sursatının təcili satışını təsdiqləyib.