Böyük Britaniya səfiri Azərbaycanda jurnalistlərin həbsinə reaksiya verdi
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old Azərbaycanda jurnalistlərin, o cümlədən Hafiz Babalının həbsi ilə bağlı məyusluğunu bildirib.
“Jurnalistlərin son həbsləri ilə bağlı xəbərlər arasında Hafiz Babalının həbsini görmək məni daha da kədərləndirdi. Mətbuat azadlığı demokratiyanın mühüm sütunudur və Avropa Surası ölkələri jurnalistlərin məhdudiyyət və təhdid olmadan reportaj hazırlamaq hüquqlarını təmin etməlidir”, deyə səfir X sosial platformasında yazıb.
Son günlər həbs olunan jurnalistlərin sayı 10-u ötüb. Onlardan beşi “AbzasMedia”-nın, iki nəfər “Kanal 13” internet televiziyasının, biri “Turan” agentlyinin, biri “Kanal 11” internet televiziyasının, digərləri isə başqa saytların əməkdaşlarıdırlar.