Reuters müxalifətin seçkiyə qatılmamasından yazdı

Müsavat Partiyası və AXCP-nin fevralın 7-nə təyin olunan prezident seçkiləri ilə bağlı mövqeyi beynəlxalq medianın diqqətini çəkib.

“Azərbaycanın iki əsas müxalifət partiyası prezident İlham Əliyevin növbədənkənar seçkilər təyin etməsini qeyri-demokratik addım adlandıraraq pisləyib və öz namizədlərini irəli sürməyəcəklərini bildiriblər” – deyə, Reuters xəbər agentliyi yazıb.

Məlumatda Müsavat başqanı Arif Hacılının seçki ilə bağlı mövqeyi dərc edilib: “Müsavat başqanı Arif Hacılı Azərbaycanda son 30 ildə azad seçkilər keçirilmədiyini, jurnalistlərin və siyasi fəalların son həbslərinin növbəti seçkinin də fərqli olmayacağını göstərdiyini bildirib. O, Reuters agentliyinə bildirib ki, Müsavatın tələblərinə söz azadlığı, sərbəst toplaşmaq azadlığı, bütün siyasi məhbusların azad edilməsi və seçkilərə nəzarət edən komissiyalarda islahatların aparılması daxildir”

Basta