Ermənilərin Qüdsdə ərazi iddiaları toqquşmalara səbəb oldu – Video

Fələstinlə İsrail arasında əsas münaqişə obyekti olan Qüds şəhərində erməni icmasının nümayəndələri ilə bir qrup naməlum şəxs arasında toqquşma baş verib. Erməni Patriarxlığının iddiasına görə, 30-a yaxın maskalı şəxs erməni dindarlarına hücum edib.

Ermənistan mediasının yaydığı məlumata görə, dekabrın 28-də baş verən toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb. Polis işə qarışdıqdan sonra qarşıdurma səngiyib. İki erməni gənc – Pol Cernazyan və Bediq Qiraqosyan həbs ediliblər. 

 

Artıq bir neçə ildir davam edən bu münaqişənin səbəbi Qüdsdə yaşayan ermənilərin ərazi iddialarıdır. 2021-ci ildə Erməni Patriarxlığı “erməni məhəlləsi” kimi təqdim olunan ərazinin bir hissəsini “Xana Kapital” adlı Avstraliya şirkətinə 99 illiyinə icarəyə verib. Lakin icarə pulunun tam ödənilməsinə və üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, orada yaşayan ermənilər ərazini tərk etməyib. Əksinə, patriarxlığı ərazini alan şirkətə qarşı aksiyalar təşkil edərək, məsələni dini və milli münaqişə istiqamətinə yönəldib. 

Ermənistan mətbuatı dekabrın 28-də baş verən toqquşmanı “hökumət layihəsi olan təxribat” adlandırır və İsraili “ermənillərin əraziləri hesabına Qüdsün Yəhudi məhəlləsini genişləndirmək” cəhdində günahlandırır.

Basta