Peterburqda 70 min kvadrat metrlik anbar yanır – Video

Yanvarın 13-də səhər saatlarında Peterburqun Puşkin rayonunda Wildberries ticarət mərkəzinin anbarında yanğın başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının 70 min kvadratmetr ərazini əhatə etdiyini bildirib. Wildberries şirkəti satıcıların zədələnmiş və ya itirilmiş mallara görə kompensasiya alacağını bildirib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir, şirkət binadakı insanların təxliyə edildiyini bildirib.

TASS-ın məlumatına görə, yanğına səbəb elektrik naqillərində nasazlıq olub. 

Basta