Jurnalist Elnarə Qasımova Abzas Media-nın işi üzrə saxlanıldı

Qasımova bu iş üzrə istintaqın əvvəlində artıq şahid qismində dindirilmək üçün paytaxt polisinə çağırılıb.

Noyabrın 20-dən dekabrın 14-nə qədər Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalov, habelə jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı saxlanılıb. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham ediliblər. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. 

Turan