Ukrayna ordusu Rusiyanın daha iki təyyarəsini vurdu

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, Ukrayna hərbçiləri Rusiyanın A-50 və İl-22 təyyarələrini vurub. 

Məlumata görə, A-50 yerli vaxtla saat 21:10 radələrində Zaporojye vilayətinin Kirillovka ərazisində vurulub, bundan sonra təyyarə radarlardan itib. Zalujnı özünün teleqram kanalında təyyarənin radardan itməsini əks etdirən videonu paylaşıb. 

Həmçinin, media mənbələri bildiriblər ki, Ukrayna hərbçiləri yanvarın 14-də saat 21:00 radələrində Xerson vilayətinin Strelkovoye bölgəsində 75106 nömrəli İl-22M11 hava gəmisni vurub.