Müsavatdan seckilərlə bağlı daha bir Açıqlama

Müsavat Partiyası Mərkəzi Seçki qərargahının verdiyi məlumata görə, Müsavat Partiyasının namizədləri olan dairələrin əksər məntəqələrində məntəqə seçki komissiyaları səsvermə başa çatdıqdan sonra səslərin sayılmasından, protokolların tərtib olunmasından imtina edir.

Məntəqə komissiyalarının sədrləri fasilə elan edərək səslərin sabah sayılaraq bundan sonra protokolların yazılacağını bildirir, müşahidəçiləri məntəqələrdən çıxarmağa cəhd edirlər.

Bu Seçki Məcəlləsinin 106. 5. ci maddəsinin kobud sürətdə pozulması deməkdir.

Seçki Məcəlləsinin maddəsində deyilir.
Maddə: 106.5.
Məntəqə seçki komissiyası sədri tərəfindən məntəqə seçki komissiyaları üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa seçkilərə yekun vurulanadək fasiləsiz aparılır.

 

Basta2