Rusiyanın 9 şəhərinə dron hücumu – Video

Martın 13-də səhər saatlarında Rusiyanın Ryazan şəhərində üç partlayış səsi eşidilib. Daha sonra internetdə yerli neft emalı zavodunda baş verən yanğının videosu yayılıb.

“Astra” teleqram kanalının məlumatına görə,  hadisə yerinə yanğınsöndürənlər gəlib.

Rusiya rəsmiləri Ukrayna ordusunun azı 9 şəhərə dronlarla hücum etdiyini bildirib. Rusiyanın müxtəlif əyalətlərində 50-dən artıq dronun zərərsizləşdirildiyi barədə rəsmi məlumatlar verilib.