Paşinyan 4 kəndin qaytarılmasından danışdı: “Bizim deyil”
Azərbaycanın qaytarılmasını tələb etdiyi 4 kənd – Bağanis Ayrım, Aşağı Əskipara, Ayrımlı və Qızılhacılı Alma-Ata bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində yerləşmir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün parlament üzvlərinin suallarını cavablandırarkən deyib: “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb”.
“Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan “Hraparak” qəzetinin əməkdaşı ilə söhbətində vurğulayıb ki, Paşinyanın sözləri, onun bu dörd yaşayış məntəqəsini Azərbaycana təhvil verməyə hazırlaşdığını göstərir.
Qəzet qeyd edir ki, bu 4 kənd 90-cı illərdən Ermənistanın nəzarətindədir. Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti onların yanından keçir. Paşinyan həmin komunikasiyaların yenidən qurulmasının mümkünlüyünü də vurğulayıb.