Müsavat Divanının gündəliyi
Martın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər haqda məlumat dinlənilib.
Qeyd olunub ki, son iki həftə ərzində Müsavat Partiyasının Salyan, Şabran, Sabirabad, Saatlı, Xaçmaz, Lənkəran, Qaradağ, Yevlax, Şuşa və Xızı rayon təşkilatlarında yığıncaqlar keçirilib, qurultaya nümayəndələr seçilib.
Moskvada azərbaycanlı iş adamına məxsus “Crokus City Hall”-da baş verən terror aktı pislənilib. Terrorun istənilən formasının yolverilməz olduğu qeyd edilib, cinayət nəticəsində həlak olann günahsız insanların yaxınlarına başsağlığı ifadə olunub.
İclasda Ermənistanın işğalı altında olan anklav ərazilərin Azərbaycana qaytarılması ilə bağlı son gəlişmələr, eləcə də ölkədə və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.