İran polisi: Hicabsız qadınların barəsində sərt tədbirlər görüləcək
“İctimai tələblər çərçivəsində və qanuni vəzifələrə əsasən 13 aprel tarixindən etibarən bütün ictimai yollarda və yerlərdə hicab və iffət layihəsi daha ciddi şəkildə tətbiq olunacaq.
Bəyanatda qadın və qızlardan islami və etik dəyərləri qorumaq və qanunlara riayət etmək üçün hicab qaydalarına əməl etmələri istənilib.
Polis komandanlığı məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bəyanat bundan əvvəl Əli Xaməneinin məcburi hican qaydalarının tətbiqi ilə bağlı çağırışının davamıdır.
“Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir”,- Xamənei bildirmişdi.
GünazTV