Hollandiya Ukraynaya daha 1,4 milyard avro ayırdı

Aprelin 12-də Ukrayna prezidenti Vladimir Zelenski Hollandiyanın baş naziri Mark Rutte ilə telefonla danışıb. Hollandiyanın hökumət başçısı Ukraynaya hərbi yardım üçün daha 1 milyard avro və dağıntıların bərpası üçün 400 milyon avro ayırdığını təsdiqləyib. 

Bu haqda Zelenskinin Telegram kanalında məlumat yayılıb. 

Dövlət başçısı əlavə edib ki, söhbət zamanı artilleriya, döyüş sursatları və hava hücumundan müdafiə sistemləri üçün mərmilərin göndərilməsini sürətləndirmək üçün zəruri tədbirlər müzakirə edilib.

Ayxan Hacıbəyli

Basta