Ermənistanla Türkiyə arasında sərhəd keçid məntəqəsi fəaliyyətə hazırdır. Amma…
Dünən Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan Avropa İttifaqının səfiri Vasilis Maraqosu Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsinə aparıb və keçid məntəqəsinin artıq hazır olduğunu bildirib. Ermənistan KİV-inin məlumatına gprə, məntəqədə xidmət zalı, yoxlama üçün anqar, köşklər və yüklərin rəsmiləşdirilməsi üçün anbar, dayanacaqlar quraşdırılıb.
Yəni yükü qəbul etməyə hazırdırlar, amma sərhəd hələ açılmayıb. Çünki Türkiyə tərəfi sərhədin açılması üçün Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanmasını şərt qoyub.
“Ermənistan hakimiyyətinin həvəsinə və Aİ səfirinin marağını nəzərə alsaq, o gün uzaqda deyil” – deyə, “Hraparak” qəzeti yazıb.
Basta