G7 Ukraynaya 50 milyard dollar ayırır, Rusiyanın dondurulmuş aktivləri girov qoyulur

 

“Böyük yeddilik” ölkələrinin liderləri Ukraynaya 2024-cü ilin sonuna qədər 50 milyard dollar kredit verməyə razılaşıblar.

“Le Monde” Fransa prezidenti Emmanuel Makronun nümayəndəsinə istinadən yazır ki, Ukraine bütün məbləği bir yerdə alacaq, kreditin ödənişi isə Rusiyanın dondurulmuş aktivlərdən əldə edilən mənfəət hesabına həyata keçiriləcək.

Qeyd edək ki, G7-yə ABŞ, Yaponiya, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya daxildir.

Basta