AİHM Azərbaycanda 4 saytın bloklanmasını qanunsuz hesab edib
Qərara əsasən bu saytlara Azərbaycan daxilindən girişin bloklanması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (İfadə azadlığı) nəzərdə tutulmuş hüquqları pozur.
Məhkəmənin qərarına əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Eyni zamanda, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro ödənilməlidir.
Məhkəmə eyni zamanda ərizəçilərin iddia etdiyi Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu tanımayıb.
Qeyd edək ki, 2019-cu ildə bloklanan saytlardan biri də Bastainfo.com saytıdır. Bu qərarın da qanunsuz olması ilə Avropa Məhkəməsinin qərar verəcəyi gözlənilir.