Tofiq Yaqublunun məhkəməsi başladı
İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqublunun işi üzrə hazırlıq iclası başlayıb.
İclas zamanı Yaqublu günahsız olduğunu və cinayət işinin saxtalaşdırıldığını bildirib. O deyib ki, siyasi motivlərlə həbs edilib və onun cinayət təqibilə bağlı sifariş “birbaşa İlham Əliyevdən gəlib”.
Siyasətçinin sözlərinə görə, iş kobud şəkildə saxtalaşdırılıb. Ona aid edilən hüquqazidd hərəkətlərin tarixləri onun oduğu yer ilə uygun gəlmir. Belə ki, həmin tarixlərdə Yaqublu Türkiyədə olub.
Daha sonra siyasətçi hakimlərdən birinə, Azər Tağıyevə etiraz edib. Yaqublu bunu Tağıyevin siyasi məhbuslara qarşı proseslərdə iştirak etməsi və ABŞ Konqresinin sanksiya siyahısına düşməsi ilə izah edib.
Müdafiə tərəfi Yaqublunun vəkillərin yanında oturmasına və iştirak etmək istəyənlərin sayının çox olduğunu nəzərə alaraq, prosesin daha geniş zala keçirilməsinə icazə verilməsini xahiş edib.
Məhkəmə bildirib ki, növbəti iclasdan Yaqublunun vəkillərin yanında oturmasına icazə veriləcək. İclasların böyük zalda keçirilməsi məsələsinə də baxılacaq…
Turan