Arda Güler Ronaldonu geridə qoydu

Türkiyə millisinin üzvü Arda Güler Avropa çempionatlarının tarixinə düşüb.

QOL.az “Opta Sport”a istinadən xəbər verir ki, o, buna Avro-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstanla matçda fərqlənməklə nail olub.

Nəticədə Arda Gülər ​​Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün).

O, 2004-cü ildə Yunanıstan millisinə qarşı 19 yaş 128 günlüyündə qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldonun rekordunu qırıb.

Qeyd edək ki, Türkiyə millisi Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.