Müsavatdan deputatlığa yeni namizədlər

İyulun 12-də Müsavat Divanının növbədənkənar iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub.

Müsavat Divanı daha 3 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb:

İkram İsrafil – 45 saylı Sumqayıt dördüncü seçki dairəsi,

Zahir Feyzulla – 48 saylı Abşeron birinci seçki dairəsi,

Nəsiman Yaqublu -125 saylı Zəngilan-Qibadlı seçki dairəsi.

Divanın ötən iclasında deputatlığa 27 namizəd irəli sürülmüşdü. Beləliklə, partiyanın namizədlərinin sayı 30-a çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.

Divan həmçinin daha 18 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 48 nəfərə çatıb.

Basta