Trampa sui-qəsd oldu – qulağından yaralandı (Video)

ABŞ-da sabiq prezident və prezidentliyə namizəd Donald Tramp sui-qəsdə uğrayıb.

Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı ona atəş açılıb.

Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb.

Donald Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub, Trampa atəş açan şəxs isə öldürülüb.

“The Washington Post“un prokurorluğa istinadən yaydığı məlumata görə hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.

“The New York Times“ qəzetinin Trampın sözçüsü Stiven Çuna istinadən yaydığı məlumatda isə onun yaralanandan sonra tibbi müayinədən keçdiyi və vəziyyətinin yaxşı olduğu bildirilir.

Tramp sui-qəsd cəhdindən sonra təhlükəsizlik qüvvələrinə təşəkkür edib və yaralılara başsağlığı verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını “Truth” sosial şəbəkəsindəki şəxsi hesabından verib.

Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Trampın oğlu atasının vəziyyətinin yaxşı olduğunu demişdi. Günaz TV

ABŞ-nin eks-prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin kimliyi bəlli olub.

Oxu.Az “New York Post”a istinadən məlumat verir ki, onun adı Metyu Kruksdur.

Bildirilir ki, 20 yaşlı gənc Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşayır.

Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb. Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədirlər. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.