Ukrayna topçuları Rusiyanın daha bir Su-25 təyyarəsini vurdu
Ukrayna Silahlı Qüvvələrinin topçuları Donetsk vilayətində Rusiyaya məxsus Su-25-i vurublar.
Bu haqda USQ məlumat yayıb.
“İyulun 19-da Donetsk vilayətinin Pokrovski yaşayış məntəqəsi istiqamətində Ukrayna hərbçiləri Müdafiə Qüvvələrinin bölmələrinin mövqelərini atəşə tutmağa çalışan Rusiyaya məxsus Su-25 döyüş təyyarəsini vurub” – deyə, məlumatda bildirilir.