Müsavat Divanının gündəliyi
İyulun 22-də Müsavat Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinin indiki mərhələsi, o cümlədən Müsavat Partiyası namizədlərinin imzatoplama kampaniyasının gedişi müzakirə edilib. Divan üzvləri əksər seçicilərin Müsavat namizədlərini rəğbətlə qarşıladığını və məmnuniyyətlə imza verdiyini qeyd ediblər.
Eyni zamanda seçki məcəlləsi və təlimatlarda mövcud olan ziddiyətli məqamlara aydınlıq gətirilməsi üçün MSK-ya müraciət ünvanlanması barədə qərar qəbul edilib.
Divan jurnalistlərin kütləvi həbsinin bu gün qeyd olunan Milli Mətbuat Gününün mahiyyətinə ciddi kölgə salması kimi qiymətləndirib.
Hakimiyyətdən həbsdə olan jurnalistlərin azad olunması tələb olunub.
Zərdabi ənənəsinə sadiq qalaraə, azad sözə, müstəqil fikrə önəm verən media mənsubları, irticanın təzyiqlərinə baxmayaraq peşə fəaliyyətini davam etdirən jurnalistlər təqdir olunub.
Ölkədə və dünyada baş verən siyasi məsələlər müzakirə olunub.
Sonda cari məsələlərə baxılıb.