ABŞ Səfirliyi Azərbaycanı haqsız həbs olunanları azad etməyə çağırdı
“Biz Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edirik”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliynin Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı açıqlamasında deyilir.
“Azərbaycanın Milli Mətbuat Günündə biz bu ölkənin jurnalistlərinin işini qeyd edirik və demokratiya üçün canlı, müstəqil medianın əhəmiyyətini bir daha vurğulayırıq. ABŞ hökuməti təlim, təhsil və mübadilə proqramları vasitəsilə dünyada peşəkar jurnalistikanın inkişafını dəstəkləməyə sadiqdir”, səfirliyin X platformasında yaydığı açıqlamada deyilir.