Bayden geri çəkildi – Kamala Harisin prezidentliyə namizədliyini irəli sürdü

Co Bayden prezidentlik yarışından imtina edib. O, Demokratların namizədi kimi Kamala Harrisin seçilməsini təklif edib.

ABŞ prezidenti Co Bayden növbəti prezidentlik müddətinə namizədliyini irəli  sürməyəcəyini açıqlayıb. Bu barədə mesaj onun X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında iyulun 21-də yazılıb.

“Prezidentiniz kimi amerikalılara xidmət etmək mənim üçün böyük şərəf olub. Yenidən seçilmək istəyim olsa da, hesab edirəm ki, partiyamın və ölkəmin maraqlarına uyğun olaraq geri çəkilməli və yalnız bu müddətin qalan hissəsi üçün prezident kimi fəaliyyət göstərməliyəm”, – deyə Bayden qeyd edib.

Co Bayden vitse-prezident Kamala Harrisin Demokratlardan prezidentliyə namizəd olmasını təklif edib. “2020-ci ildə partiyanın namizədi kimi ilk qərarım Kəmalə Harrisi vitse-prezidentim kimi seçmək oldu. Və verdiyim ən yaxşı qərar idi. Bu gün mən Kamalanı  partiyamızın namizədi olaraq tam dəstəkləmək və təsdiqləmək istəyirəm”, – Bayden bildirib.

Demokratların namizədi rəsmi olaraq partiyanın avqustun 19-22-də keçirilməsi planlaşdırılan qurultayında irəli sürüləcək.

Basta