Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanıb
Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Ərşad Qəhrəmanovun odlu silahdan istifadə etməklə özünü öldürdüyü bildirilir.
Bu barədə iyulun 29-da Azərbaycan Hərbi Prokurorluğunun məlumatında deyilir.
Hərbi Prokurluqdan bildirilib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerində olub və meyitə baxış keçiriblər:
“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Qeyd olunub ki, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:
“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.
Meydan TV əsgər Ərşad Qəhrəmanovun yaxınları ilə əlaqə saxlaya bilməyib.
Basta2