Divanın məlumatı: Natiq Ulubəyin ölümü ilə bağlı yeniliklər var

Bu gün (26 Avqust) Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Partiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, iclas avtomobil qəzasında həlak olan Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı, BDU-nin müəllimi, professor, 125 Saylı Qubadlı Zəngilan Seçki Dairəsindən Müsavat Partiyasının millət vəkilliyinə namizədi Nəsiman Yaqublunun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müsavat Partiyasının bu barədə nekroluqu qəbul edilib.

Eyni zamanda bu faciəli hadisə ilə bağlı bir sıra müəmmalar olduğu qeyd edilib, müvafiq hakimiyyət strukturlarının bu ağır yol qəzasının səbəblərinə, yaralının xəstəxanaya çox gec çatdırılmasına və s. aydınlıq gətirməsi zərurəti vurğulanıb.

Müsavat Məclisinin sədri Arif Hacılı partiya namizədlərinin seçki ilə bağlı təbliğat-təşviqat prosesində qarşılaşdıqları problemlər, hakimiyyət tərəfindən yaradılmış süni maneələr haqda məlumat verib. Partiyanın seçki təbliğatı ilə bağlı bukletinin nümunələri Divana təqdim olunub.

Divan üzvü olan millət vəkilliyinə namizədlər seçiciləri ilə görüşləri zamanı Müsavat Partiyasına rəğbətin yüksək səviyyədə olduğunu müşahidə etdiklərini bildirdilər. Müsavatçı namizədlərin bölgələrdə yaxşı görüşlər keçirdiyi barədə məlumat verilib.

Divan seçiciləri Müsavat Partiyası namizədlərinə səs verməyə çağırıb. 

Vəkil Nemət Kərimli qətlə yetirilən Müsavat fəalı Natiq Ulubəyin ölümü ilə bağlı acılan cinayət işində yeniliklər olduğu, qatilin ittiham aktına ağırlaşdırıcı hal kimi daha iki maddə əlavə edildiyi barədə məlumat verib.

Ölkədə və dünyada baş verən siyasi proseslər müzakirə olunub.

Sonda cari məsələlərə baxılıb.

 

Basta2